Gündəm

“Azərbaycan bütün işlərini Ermənistanı birdəfəlik zərərsizləşdirmək prinsipi üzərində qurmalıdır” — ÖZƏL

“Azərbaycan bütün işlərini Ermənistanı birdəfəlik zərərsizləşdirmək prinsipi üzərində qurmalıdır” — ÖZƏL

“Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün danışıqlar Azərbaycanın tələblərinin yerinə yetirilməsi şərti ilə qəbul edilə bilər”.

Bunu Demokrat.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. Politoloq qeyd edib ki, Ermənistanın tarixən Türkiyə və Azərbaycana etdikləri fonunda tək Paşinyan hakimiyyətinin bizə sülh təklif etməsi ilə yekunlaşa bilməz: “Erməni toplumu elə bir xəstə toplumdur ki, onlar bu gün zəif olduqları üçün əsl sifətlərini gizlədib sülhpərvər kimi görünə bilərlər, amma tarixdə olduğu kimi hər dəfə fürsət tapan kimi bizləri arxadan vurub. Ona görə Ermənistan elə şərtlərlə sülhə məcbur edilməlidir ki, günün birində yenidən köhnə xislətlərinə qayıtmağa çalışmasınlar. Azərbaycan Ermənistanı həm Türkiyə, həm də öz yerinə məcburi şərtlərlə sülhə razı salmalıdır. Sülh bizim üçün elə də vacib məsələ deyil və olmamalıdır. Ermənistan Türkiyəyə qarşı olan "soyqırım" və torpaq iddialarından yazılı şəkildə beynəlxalq ictimaiyyətin qarşısında əl çəkməlidir. Bununla yanaşı Azərbaycana qarşı torpaq iddiasından, "Qarabağ ermənilərinin statusu" məsələsindən də əl çəkdiyini bildirməlidir”.

“Ermənistandan qovulmuş azərbaycanlıların yenidən öz torpaqlarına qayıtması məsələsi həll olunmalıdır. Ən başlıca şərt isə Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və xalqına dəymiş maddi və mənəvi ziyanın təzminatı məsələsi həll edilməlidir. Paşinyan əslində bu məsələnin elə də sadə olmadığını yaxşı bilir. Çalışır ki, öncə sülh təklif etməklə ağır şərtlərlə sülhə məcbur edilməsindən yayınsın. Amma Azərbaycan tərəfi bütün işlərini Ermənistanı birdəfəlik zərərsizləşdirmək prinsipi üzərində qurmalıdır. Bunun ən yaxşı yolu da Ermənistanı təzminat ödəməyə məcbur etməkdir. İstər xoşluqla, istərsə də beynəlxalq məhkəmələrin qərarları yolu ilə. Bu halda Ermənistan uzun on illər təzminat ödəməyə məhkum edilməklə hərəkətsiz və zərərsiz vəziyyətə salınacaq. Bu dövr ərzində də Azərbaycan və Türkiyə nə edəcəklərini yaxşı bilirlər”, - deyə analitik əlavə edib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az