Qarabağ

"Ukraynada canlı qüvvə itkisi verən Rusiyanın hərbi qüvvələrə ehtiyacı var"

Ukraynada canlı qüvvə itkisi verən Rusiyanın hərbi qüvvələrə ehtiyacı var

Ukraynada canlı qüvvə itkisi verən Rusiya üçün müəyyən hazırlığı olan hərbi qüvvələrə ehtiyacı var.

Azərbaycanda yerləşdirilmiş Rusiya hərbçiləri Ulyanovskda daimi dislokasiya olunmuş döyüş qabiliyyəti yüksək olan hazırlıqlı motoatıcı diviziyanın tərkib hissəsidir. Əvvəllər də Rusiya sülhməramlılarının bir hissəsinin Ukrayna cəbhəsinə aparılması barədə xəbərlər yayılmışdı və mümkündür ki, qalan qüvvələrin də müharibə bölgəsinə göndərilməsi zərurəti yaranıb. İki minə yaxın hərbiçinin Qarabağı tərk edəcəyi halda Azərbaycanın Qarabağda hərbi əməliyyatların başlamaması üçün yüksək rütbəli hərbi heyətin danışıqlar aparması inandırıcı təsir bağışlayır. Verilən rəsmi məlumatlardan məlum olur ki, danışıqlarda məhz erməni silahlı birləşmələrin də Azərbaycanı tərk etməsi, həm də bunun 10 noyabr 2020 bəyanatına görə Rusiyanın öhdəliyi olduğu müzakirənin predmeti olub . Erməni silahlı birləşmələrin Azərbaycan ərazilərindən çıxarılması bundan sonra necə və nə zaman reallaşa bilər? Ən optimal yol konkret vaxtın verilməsidir. Necə ki, 10 noyabr razılaşmasında Kəlbəcər, Ağdam və Laçının tərk edilməsi konkret vaxt verməklə həll edildi, indi də bütün erməni silahlı qüvvələrin Azərbaycan ərazisini tərk etməyin vaxtı dəqiqləşməlidir.

İlham İsmayıl Demokrat.az

D
demokrat.az