Daxili siyasət

"Azərbaycan erməni vətəndaşlarının yanacaqla təminatını həll edə bilər"

Azərbaycan erməni vətəndaşlarının yanacaqla təminatını həll edə bilər

"Ermənistan rəsmiləri və Qarabağdakı erməni separatçıları rusiyalı sülhməramlılara şikayət edirlər ki, Azərbaycan Qarabağa uzanan qaz boru xəttindən qazın nəqlini dayandırıb".

Demokrat.azxəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycan ərazisindən Qarabağa uzanan boru xətti qanunsuz tikilib:

"Bu boru xəttini işğal dövründə tikiblər. Azərbaycan öz torpaqlarını əksər hissəsini işğaldan azad etdikdən sonra boru xəttinin bir hissəsi nəzarətimiz altına keçib. Ermənistan həmin boru xəttiylə bağlı Azərbaycanla danışıqlar aparmalıdır. Boru xəttiylə qazın nəqli qanunvericiliyimizlə təmzimlənməlidir. Digər tərəfdən qaz ölkəsi olan Azərbaycan erməni vətəndaşlarının yanacaqla təminatını özü həll edə bilər. Ancaq bunun üçün Qarabağın tamamında Azərbaycan qanunlarının icrası təmin edilməlidir. Əgər Ermənistan hakimiyyəti və Qarabağdakı separatçılar bu reallığı qəbul etmək istəmirlərsə, bölgəyə qazın, suyun və işığın verilməsində fasilələrin yaranacağı faktını qəbul etmək məcburiyyətindədirlər".

Demokrat.az

D
demokrat.az