Gündəm

Adil Əliyev Mübariz İbrahimovun atası ilə görüşdü

Adil Əliyev Mübariz İbrahimovun atası ilə görüşdü

Milli Məclisin sədr müavini Adil Əliyev Novruz bayramı ərəfəsində şəhid ailələri ilə görüşmək məqsədilə Biləsuvar rayonuna səfəri zamanı şəhid, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimovla görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə A.Əliyev bildirib.

“Mübariz İbrahimov və bütün şəhidlərimiz, qazilərimiz vətənpərvərliyin, cəsarətin, mübarizliyin rəmzidir, onların döyüş meydanında göstərdiyi şücaət hesabına tarixi torpaqlarımız bu gün azaddır. Allah şəhidlərimizə rəhmət eləsin, müqəddəs ruhları hər birimiz üçün əzizdir” – Milli Məclis sədrinin müavini qeyd edib.

Kərim Demokrat.az

D
demokrat.az