Gündəm Özəl

Politoloq: “Azərbaycanın tarixi qələbəsi Vaşinqtonun Cənubi Qafqaza baxışını dəyişib” — ÖZƏL

Politoloq: “Azərbaycanın tarixi qələbəsi Vaşinqtonun Cənubi Qafqaza baxışını dəyişib” — ÖZƏL

“Baydenin Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik etməsi mühüm hadisədir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloq qeyd edib ki, bu ilk növbədə rəsmi Vaşinqtonun Bakıya verdiyi dəyərin göstəricisidir:

“Məsələ ondadır ki, hazırda dünyada 200-ə yaxın ölkə var və ABŞ heç də bütün ölkələrin rəsmi bayramlarında həmin ölkənin prezidentinə, xalqına təbrik göndərmir. Ənənəvi anqlo-sakson diplomatiyasının spesifik cəhətlərindən biri olan bayram təbriki edən ölkənin təbrik ünvanlanan ölkəyə verdiyi qiymətin, dəyərin göstəricisidir. Məktubda Azərbaycan dilində “Novruz bayramı” ifadəsi yazılması kiçik bir detal kimi görünsə də bunu dünyanın supergücünün Azərbaycana jesti kimi qiymətləndirmək olar. Vaşinqton bununla bir daha göstərir ki, o Bakı ilə əməkdaşlığa maraqlıdır və bu diplomatik yazışmalarda ən incə məqamda da özünü göstərir”.

Politoloq qeyd edib ki, Bakının 44 günlük müharibədə əldə etdiyi tarixi qələbə Vaşinqtonun Cənubi Qafqaza baxışını dəyişib:

“Yəni, ABŞ 44 günlük müharibənin nəticələrini və yaranmış yeni geosiyasi reallığı qəbul edir. Bakının geosiyasi mövqeyi, digər neft və qaz ölkələri olan Mərkəzi Asiyaya yaxınlığı, ərəb ölkələri ilə isti münasibətləri, ən əsası İsraillə strateji tərəfdaşlığı, Vaşinqtonun nəzərində Bakının önəmini də artırır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az