Gündəm

Çavuşoğlu həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Çavuşoğlu həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) XİN rəhbəri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan ilə görüşüb.

Bu barədə Türkiyə XİN rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

"Görüşdə Türkiyə ilə BƏƏ arasında ikitərəfli əlaqələr, o cümlədən regionda, əsasən də Ukraynada baş verən cari proseslər müzakirə edilib", - deyə M.Çavuşoğlu bildirib.

Leyla Demokrat.az

D
demokrat.az