BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il martın 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.
Demokrat.az-ın məlumatına görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Azərbaycanda bu gün planetar əhəmiyyətə malik meşə ərazilərinin genişləndirilməsi işinə töhfə verməklə qeyd olunub:
“Bu gün ölkənin Aran rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında ümumilikdə 5 hektar ərazidə 10 min meşəcinsli ağac əkilib”.
Məlik Demokrat.az


