Xarici siyasət

“Azərbaycanın böyük beynəlxalq təşkilatlara sədrlik etməsi əsas uğurlarımızdandır”

“Azərbaycanın böyük beynəlxalq təşkilatlara sədrlik etməsi əsas uğurlarımızdandır”

Yazı Medianın İnkişafı Agentliyinin layihəsi çərçivəsində hazırlanmışdır

Azərbaycan son illərdə dünyada, sözün əsl mənasında, tam müstəqil siyasət yürütmüş, siyasi dəst-xətti, dövlətçilik siması, tərəqqi yolu ilə nüfuz qazanmış, milli inkişaf strategiyasını, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyasını, vahid ideologiyasını uğurla formalaşdırmışdır. Dövlətimizin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi prinsiplərin reallaşdırılması istiqamətlərində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq tam gerçəkləşdirilməsini təmin etmişdir.

“Azərbaycanın böyük beynəlxalq təşkilatlara sədrlik etməsi əsas uğurlarımızdandır”
Milli Məclisin deputatı Vüqar İskəndərov Demokrat.az-a açıqlamasında bildirdi ki, möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan vermişdir:
“Azərbaycanın böyük beynəlxalq təşkilatlara sədrlik etməsi əsas uğurlarımızdandır”
“Bu gün Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ən gözəl və ən uğurlu dövrünü yaşayır. Ümummilli Liderimizin bünövrəsini qoyduğu möhkəm və düzgün özülləri bu gün Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla inkişaf etdirilir. Bu gün həm daxili siyasətdə, həm də xarici siyasətdə möhtəşəm uğurlara imza atan ölkə statusunu daşıyırıq. Hazırda Azərbaycan BMT-nin üzvüdür.
“Azərbaycanın böyük beynəlxalq təşkilatlara sədrlik etməsi əsas uğurlarımızdandır”
Hətta, Azərbaycan BMT-nin qeyri-daimi mərkəzi şurasının üzvü olan ölkədir. Bu gün Azərbaycan həm də Avropa İttifaqı ilə tərəfdaşlıq edir. Artıq 4 ilə yaxındır “Avroiqtisadi tərəfdaşlıq” haqqında sənədin üzərində tamamlanma işləri gedir. Azərbaycan Avropa Şurasının digər beynəlxalq platformalarda çox fəal üzvü kimi fəaliyyət göstərir. Əsasən də Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və bir neçə ildir ki, ona sədrlik edir. Hərəkatın 120 ölkəsinin xahişi ilə ölkəmizin sədrlik müddəti bir il də uzadılmışdır. Bu, təbii ki, ölkəmizə göstərilən etimaddır və bu, uğurlarımızdan xəbər verir”.
“Azərbaycanın böyük beynəlxalq təşkilatlara sədrlik etməsi əsas uğurlarımızdandır”
Millət vəkili əlavə edib ki, bu gün Azərbaycan dondurulmuş münaqişələr olan ölkələr sırasında yeganə ölkədir ki, bu münaqişəni öz gücünə, liderinin dahiyanə siyasətinə, xalqının əzminə, ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı hesabına bu məsələni həll edib: “Həm də beynəlxalq hüququn norma və prinsiplərini və ədaləti bərpa etdi. Bu gün Azərbaycan dünya səviyyəsində öz çəkisi olan ölkələrdəndir. Azərbaycan dünyanı cənginə bürümüş "COVID-19" pandemiyasından da qalib gəldi.
“Azərbaycanın böyük beynəlxalq təşkilatlara sədrlik etməsi əsas uğurlarımızdandır”
Bu gün Azərbaycan tolerant, multukultural ölkə olaraq dünyada nümunədir. Bunlar hər biri Şərqlə Qərbi birləşdirən unikal ölkə kimi artıq özü geosiyasi yeniliklər irəli sürür. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə başçısının, cənab Prezident İlham Əliyevin apardığı beynəlxalq siyasətin dünya ölkələri ilə dostluq münasibətlərinin genişləndirilməsinə və inteqrasiyasına hesablandığı da göz önündədir. Məhz bu baxımdan deyə bilərik ki, bu gün dünyanın siyasi və iqtisadi xəritəsində Azərbaycanın vacib aktora çevrildiyi bir reallıqdır. Ən böyük reallıq isə ondan ibarətdir ki, Azərbaycanın dünyaya inteqrasiya vacib aktora çevrilməsinə zəmin yaradır”.

Deputat Cavid Osmanov isə açıqlamasında vurğuladı ki, Azərbaycan balanslaşdırılımış xarici siyasət kursu icra edir və bu kurs nəticəsində ölkəmizin Ermənistan istisna olmaqla bütün qonşularla, hətta dünyadakı dövlətlərin böyük əksəriyyəti ilə normal və yaxşı münasibətləri mövcuddur:

“Azərbaycanın böyük beynəlxalq təşkilatlara sədrlik etməsi əsas uğurlarımızdandır”
“Əlbəttə ki, 90-cı illərin əvvəlləri Azərbaycan üçün çox acınacaqlı keçmişdir, torpaqlarımız işğala məruz qalmışdır. Xüsusən 92-93-cü illər Azərbaycan üçün çox ağır illər olmuşdur. Səriştəsizlik, xəyanətkarlıq nəticəsində ölkəmiz parçalanma astanasında idi, vətəndaş qarşıdurması var idi. Ölkəmizdə xaos, anarxiya böhran, iqtisadi tənəzzül, eyni zamanda da səriştəsiz rəhbərlər ucbatından ölkəmiz bütün region ölkələri ilə, o cümlədən dünya ölkələri ilə münasibətləri tamamilə korlanmışdı.
“Azərbaycanın böyük beynəlxalq təşkilatlara sədrlik etməsi əsas uğurlarımızdandır”
Ulu öndər Heydər Əliyev 93-cü illərdə xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra isə ölkəmiz dünyaya inteqrasiya etməyə başladı. Böyük beynəlxalq təşkilatlarla əlaqələr quruldu, "Əsrin müqaviləsi" imzalandı. Bu da ölkəmizin inkişafına böyük töhfə verdi. Eyni zamanda ölkəmizdə əmin-amanlıq, sabitlik bərpa olundu, dövlətçilik ənənələri quruldu, o cümlədən 2003-cü ildən cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq dünyanın ən önəmli ölkələrindən birinə çevrildi. Böyük enerji layihələrinin həyata keçirilməsi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verməsi, Azərbaycanın çox əlverişli bir logistika mərkəzinə çevrilməsi, nəqliyyat dəhlizlərinin çəkilməsi, bütün bunlar əlbəttə ki, ölkəmizin digər ölkələrlə böyük əməkdaşlıq qurmasına töhfə verib”.
“Azərbaycanın böyük beynəlxalq təşkilatlara sədrlik etməsi əsas uğurlarımızdandır”
“Əlbəttə ki, Azərbaycan böyük beynəlxalq təşkilatlara rəhbərlik etdi. Həm Türk Dövlətləri Təşkilatına sədrlik etməsi, həm də 2019-cu ildən Azərbaycan BMT də təchizatına görə ikinci böyük bir təşkilat olan Qoşulmama Hərəkatına sədrlik etməsi əsas uğurlarımızdandır. Daha sonra isə 120 ölkənin təşəbbüsü və dəstəyi ilə daha bir il Qoşulmama Hərəkatına sədrlik etməsi bunun əyani sübutudur.
“Azərbaycanın böyük beynəlxalq təşkilatlara sədrlik etməsi əsas uğurlarımızdandır”
Eyni zamanda, bu gün Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı və öz torpaqlarımızı öz gücümüzlə işğaldan azad etdik və işğaldan azad olunmuş ərazilərimizdə də öz gücümüzlə böyük yenidən qurma və bərpa işləri aparırıq. Əlbəttə ki, bu gün Azərbaycan dünyanın ən nüfuzlu, ən hörmətlə yanaşılan ölkələrdən biridir və Prezident İlham Əliyevin rəhbərliyi ilə əlbəttə ki, Azərbaycan dünyanın ən nüfuzlu, ən hörmətlə yanaşılan ölkələrindən birinə çevrilmişdir, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevin şəxsinə dünya ölkələri liderləri tərəfindən, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən böyük hörmətlə yanaşılır. Azərbaycan bu gün o ölkələrdəndir ki, dünyada baş verən qlobal hadisələrə görə Azərbaycanla məsləhətləşilir. Bu da özündə Azərbaycanın dünyada çox vacib bir aktora çevrildiyindən xəbər verir. Prezidentimiz tərəfindən irəli sürülən təşəbbüslər geosiyasi və qlobal reallıqları nəzərə alınaraq atılan addımlar, yürüdülən ağıllı siyasət, irəli sürülən təşəbbüslər birmənalı olaraq məhz yüksək qiymətləndirilir və dəstəklənir. Eyni zamanda bu gün dünyada baş verən qanlı toqquşmalar, böyük güc mərkəzlərinin bir-biri arasında olan böyük çəkişmələrin fonunda İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan bu gün dünyanın ən sabit və əmin-aman ölkələrindən biridir”, -deyə millət vəkili qeyd edib.

Aynurə Pənahqızı Demokrat.az

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu:Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

D
demokrat.az