Dünya

Avstraliya Rusiyaya alüminium oksidi və alüminium filizinin satışını qadağan etdi

Avstraliya Rusiyaya alüminium oksidi və alüminium filizinin satışını qadağan etdi

Avstraliya Rusiyaya silah istehsalı üçün lazım olan alüminium oksidi və alüminium filizinin satışını qadağan edir

Demokrat.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.

Ölkə hökuməti bu addımın Rusiyanın silah və sursatların vacib komponenti olan alüminium istehsal etmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığını vurğulayıb. Rusiya alüminium oksidinə olan tələbatının 20%-ni Avstraliyadan alır.

Avstraliya yeni bazarlar axtaracaq. Bundan əlavə, qəzet yazır ki, sanksiyalar qlobal mədən sektorunda üçüncü yeri tutan Avstraliya-Britaniya konserni “Rio Tinto Group”a təsir edə bilər.

Konsern rusiyalı oliqarx Oleq Deripaskanın “Rusal İnternational” şirkəti ilə birgə müəssisədə Queensland “Alumina” şirkətinin 80% payına sahibdir. “Rusal İnternational” dünyada ikinci ən böyük alüminium istehsalçısıdır.

Avstraliya Putinin başlatdığı müharibəni şiddətlə qınayır, buna görə də hökumət Ukraynaya böyük yeni yardım paketi - 70 min ton kömür elan edib. Yardım paketinə həmçinin əlavə 30 milyon dollar təcili humanitar yardım və ukraynalı qaçqınlar üçün müvəqqəti olaraq veriləcək yeni humanitar viza daxildir.

Qeyd edək ki, Avstraliya da Ukraynaya hərbi yardımı 21 milyon dollar artırıb. Ümumi hərbi maliyyə 91 milyon dollardır. Yeni yardıma Avstraliya Müdafiə Qüvvələrinin anbarından əlavə materiallar daxil olacaq.” Təfərrüatlar barədə məlumat verilməyib.

Zamiq Demokrat.az

D
demokrat.az