Dünya

Rusiya Ukraynada “Xəncər”ləri işə saldı — İlk dəfə

Rusiya Ukraynada “Xəncər”ləri işə saldı — İlk dəfə

Rusiya ordusu ilk dəfə “Xəncər” (Kinjal) hipersəs raketlərindən istifadə edərək Ukrayna silah anbarını vurub.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov məlumat verib.

“Martın 18-də “Xəncər” (Kinjal) aviasiya-raket sistemi İvano-Frankovsk vilayətinin Delyatin yaşayış məntəqəsindəki Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının olduğu böyük yeraltı anbarını dağıdıb”, - Konaşenkov bildirib.

Məlik Demokrat.az

D
demokrat.az