Sosial

Füzulidə şəhid övladları üçün bayram münasibətilə tədbir keçirildi — FOTOLAR

Füzulidə şəhid övladları üçün bayram münasibətilə tədbir keçirildi — FOTOLAR

Bu gün Füzuli rayonu İcra Hakimiyyətinin təşkilatçılığı, “Beyləqan Gənclərinin Maarifləndirməsi və Sosial İnkişafı” İctimai birliyinin təşəbbüsü ilə Füzuli Dövlət Dram Teatırında Vətən Müharibəsi şəhidlərinin övladları üçün Novruz bayramı münasibəti ilə tədbir keçirilib

Demokrat.az xəbər verri ki, tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli rayon İcra Hakimiyyətinin nümayəndələri, Füzuli rayon Gənclər və İdman idarəsinin əməkdaşları, ”Etika akademiyyası” nın Qarabağ üzrə nümayəndəsi və Şəhid ailələri iştirak ediblər. Tədbirin açılışını Füzuli Dövlət Dram Teatırının direktoru Vaqif Vəliyev edib. Torpaqlarımızın azadlığı uğurunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Füzuli rayon İcra başçısı Alı Alıyev çıxış edərək şəhidlərimizin qəhrəmanlıqlarından söz açıb. O, şəhidlərimizin şərəfli ömür yolu və qəhrəmanlıqları gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu xüsusilə vurğulayıb.

Tədbirin gedişatında ədəbi-bədii kompazisiya nümayiş olunub. Sonda şəhidlərimizin övladlarına hədiyələr təqdim olunub və tədbir çay süfrəsi ilə yekunlaşıb.

Füzulidə şəhid övladları üçün bayram münasibətilə tədbir keçirildi — FOTOLAR
Füzulidə şəhid övladları üçün bayram münasibətilə tədbir keçirildi — FOTOLAR
Füzulidə şəhid övladları üçün bayram münasibətilə tədbir keçirildi — FOTOLAR
Füzulidə şəhid övladları üçün bayram münasibətilə tədbir keçirildi — FOTOLAR
Füzulidə şəhid övladları üçün bayram münasibətilə tədbir keçirildi — FOTOLAR
Füzulidə şəhid övladları üçün bayram münasibətilə tədbir keçirildi — FOTOLAR

Məlik Demokrat.az

D
demokrat.az