Soydaşımız Ukraynada gedən döyüşlərdə bir ədəd tankı qəbimət götürüb.
Bu barədəLent.az məlumat verib.
Bildirilib ki, Ukraynada gedən döyüşlərdə vətəndaşları olduqları bu ölkənin ordusunun tərkibindəazərbaycanlılar da döyüşür. Onların arasında hətta şəhid olanlar, yaralananlar da var.
Azərbaycanlıların da ukraynalılar kimi vətəndaşı olduqlarıölkənin müdafiəsində qəhrəmanlıqlar göstərdiyi barədə xəbərlər gəlir.
Onlardan biri də Rövşəndir. Onun soyadını dəqiqləşdirmək mümkün olmasa da əslən Bakıdan olduğu qeyd edilib. Rövşən Zaporojye vilayətində gedən döyüşlərdə bir ədəd tank qənimət götürüb.



