Dünya

Ərdoğan Putinə Zelenski ilə İstanbulda görüşməyi təklif etdi

Ərdoğan Putinə Zelenski ilə İstanbulda görüşməyi təklif etdi

Türkiyə prezidenti Ərdoğan Rusiyanın dövlət başçısı Putinlə telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə edib.

Demokrat.azbildirir ki, bu barədə Türkiyə Prezidentinin dəftərxanasından verilən açıqlamda deyilir.

“Danışıqlar zamanı son hadisələr müzakirə olunub. Ərdoğan bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında sülhün əldə edilməsi üçün ilk gündən göstərdiyi səmimi yanaşmaya sadiqdir. Atəşkəs elan olunacağı təqdirdə, davamlı həll yolunun mümkünlüyün bəyan olunub”.

O, bəzi məsələlərdə uzlaşmaq üçün liderlər səviyyəsində görüşün əhəmiyyətinə toxunub və Putin və Ukrayna Prezidenti Vladimir Zelenskini İstanbul və ya Ankarada qəbul edə biləcəklərini bir daha vurğulayıb.

Leyla Demokrat.az

D
demokrat.az