Daxili siyasət

MSK Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verdi

MSK Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verdi

VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

X X X

MSK-nın bu gün keçirilən iclasında VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Demokrat.az xəbər verir ki, MSK üzvləri hazırda məsələni müzakirə edirlər.

X X X

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Demokrat.az xəbər verir ki, MSK sədri Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən toplantının gündəliyinə 6 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1.MSK-nın 3 sentyabr 2021-ci il tarixli iclas protokolunun təsdiq edilməsi;

2. VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi;

3. “Azərbaycan vətəndaşlarının qanunvercilik təşəbbüsü hüququnda istifadə etməsi qaydası haqqında” qanunda nəzərdə tutulan sənəd nümunəsinin təsdiq edilməsi;

4. MSK-nın normativ xarakterli aktına dair;

5. Bəzi DSK-ların tərkibində dəyişiklik edilməsi;

6. Cari məsələlər.

Kərim Demokrat.az

D
demokrat.az