Dünya

Mariupolda 20 min dinc sakin öldürülüb, meyitlər açıq havada qalıb — FOTO

Mariupolda 20 min dinc sakin öldürülüb, meyitlər açıq havada qalıb — FOTO

Mariupol - Müqəddəs Məryəm şəhəri, şəhidlər şəhəridir. Roma Papası Fransisk bir müddət əvvəl Mariupolu "şəhidlər şəhəri" adlandırıb.

Şəhər humanitar fəlakətin və dinc əhalinin soyqırımı ilə üzləşib. İkinci Dünya Müharibəsindən bəri bu miqyasda fəlakət görünməyib.

İşğalçı Rusiya qoşunları şəhəri davamlı olaraq atəşə tutur, yaşayış binalarını və mülki infrastrukturu vəhşicəsinə dağıdıblar. Şəhərin yaşayış fondunun 80%-i ya tamamilə dağılıb və ya ciddi şəkildə zədələnib. Mariupol yaşayış üçün praktiki olaraq yararsızdır, şəhərdə istilik, su, elektrik enerjisi yoxdur.

Rəsmi məlumatlara görə, şəhərin atəşi tutulmasından bəri 7000, qeyri-rəsmi olaraq 20.000 dinc sakin həlak olub. Yaralıların sayı həddindən artıq çoxdur. İnsanlar fasiləsiz atəşlər altındadır, onlar boş torpaqlarda, parklarda, kütləvi məzarlıqlarda basdırılır. Qəbiristanlıqlar artıq yer yoxdur. Mülki əhalinin meyitləri açıq havada qalıb.

İşğalçı qoşunlar şəhərə giriş-çıxış və şəhər əhalisindən canlı qalxan kimi istifadə etmək üçün bütün yolları bağlayıb. Mariupol faciəsi Putinin Ukraynanı bir dövlət, ukraynalıları isə xalq olaraq tamamilə məhv etmək planlarının sübutudur. Əgər onun planlarının həyata keçirilməsinə maneə yaradımasa, növbədə Avropanın istənilən ölkəsi ola bilər.

Mariupolda 20 min dinc sakin öldürülüb, meyitlər açıq havada qalıb — FOTO
Mariupolda 20 min dinc sakin öldürülüb, meyitlər açıq havada qalıb — FOTO
Zamiq Demokrat.az

D
demokrat.az