Ukrayna prezidenti Volodimir Zelenski martın 16-da videoəlaqə vasitəsilə ABŞ Konqresində çıxış edib.
O, ABŞ-ı Rusiyaya qarşı sanksiyaları davam etdirməyə çağırıb.
V.Zelenski, həmçinin növbəti dəfə Ukrayna üzərində uçuşsuz zona tətbiq etmək və müdafiə məqsədilə Ukraynaya aviasiya və zenit-raket kompleksləri vermək çağırışı edib.
"Əgər bu, həddən çoxdursa və biz bunu istəyə bilməriksə, alternativ var: siz bilirsiniz ki, bizim S-300 müdafiə sistemlərinə ehtiyacımız var", - V.Zelenski deyib.
Leyla Demokrat.az

