Gündəm

“Azərbaycan yeganə dövlətdir ki, həm Rusiya, həm də İranla...” — ÖZƏL

“Azərbaycan yeganə dövlətdir ki, həm Rusiya, həm də İranla...” — ÖZƏL

“ABŞ və Azərbaycan münasibətlər olduqca vacibdir”

Bunu Demokrat.az-a Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov ABŞ-ın dövlət katibi Blinkenin Azərbaycanın dövlət başçısına zəng vurmasına münasibət bildirərkən deyib.

“Bu gün Ukrayna hadisələri göstərir ki, müəyyən maraq qrupları və dövlətlər arasında maraq dairələrinin genişlənməsi istiqamətində mübarizələr gedir. Bu kontekstdə Azərbaycan bütün istiqamətlərdə ikitərəfli münasibətlərin qarşılıq olaraq hörmətə və əməkdaşlığın daha da artırılmasında maraqlı olduğunu göstərmiş olur. Blinkenin telefon zəngi ilə Ukrayna hadisələri fonunda Cənubi Qafqaz regionundakı proseslərlə bağlı da ABŞ-ın yaxından, sıx şəkildə məsələyə diqqət etdiyini göstərmək idi”.

“Azərbaycan yeganə dövlətdir ki, həm Rusiya, həm də İranla...” — ÖZƏL

Politoloq qeyd edib ki, bu gün dünyanın kommunikasiya energetika və enerji məsələləri ilə bağlı konfiqurasiyanın dəyişdiyi bir zamanda ABŞ və onun Avropadakı qərb mütəffiqləri üçün enerji təhlükəsizliyi olduqca vacib məqamlardan biridir: “Məlumdur ki, Azərbaycandan Avropaya gedən neft və qaz resursları ilə bağlı ABŞ çoxdandır ki, sıx şəkildə Bakı ilə işləyir. Bundan başqa, görüşdə əlbəttə ki, müzakirə olunan mövzular sırasında Cənubi Qafqazdakı təhlükəsizlik məsələləri də var. Həmçinin, müzakirə əsasən yeni reallığa uyğun olaraq gələcək addımlarla bağlıdır. Azərbaycan tərəfi bütün istiqamətlərdə olduğu kimi, ABŞ tərəfi ilə münasibətlərdə də hər zaman öz səmimiliyi ilə seçilib. Bizim üçün əsas odur ki, Bakının ortaya qoyduğu yeni reallıq bütün dünya tərəfindən qəbul edilsin, o cümlədən də ABŞ tərəfindən. Qarabağın dağlıq hissəsi ilə bağlı, ümumiyyətlə Azərbaycan və Ermənistan arasında son baş verənlərlə bağlı heç kim çaşdırıcı bəyanatlar verməsin. Cənubi Qafqazda post-münaqişə dövrünə aid məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barəsində də fikir mübadiləsinin aparılması əlbəttə ki, Vaşinqtonu, Blinkeni buradakı həqiqətlərlə daha yaxından tanış olmaq imkanı verir”.

“Ermənistandan fərqli olaraq, Azərbaycan heç bir hərbi siyasi blokda yer almır və öz münasibətlərində balansı qoruyaraq sülhün möhkəmləndirilməsinə daim çalışdığını qeyd edir. ABŞ üçün Azərbaycan həm də ona görə maraqlıdır ki, Azərbaycan İran və Rusiyanın qonşuluğunda yerləşir. Azərbaycan yeganə dövlətdir ki, həm Rusiya, həm də İranla quru sərhədinə malikdir. Bu kontekst də təbii ki ABŞ-ın maraqlandıran bir sıra məqamlar var. Hər bir halda Blinkenin bura diqqət yetirməsi ABŞ və Azərbaycan arasında yeni mərhələyə gətirib çıxardacaq. Elə ABŞ-ın son zamanlar ölkəmizdə aktivləşməsi də bunun göstəricisidir”, - deyə politoloq vurğulayıb.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az