Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində “Xatirələrdə qalan oyuncaqlar” adlı uşaq yaradıcılıq müsabiqəsi artıq yekunlaşıb.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov Demokrat.az-a bildirib ki, müsabiqədə uşaqlarla yanaşı, böyüklər də iştirak edib. Müsabiqə iştirakçıların uşaqlıq duyğuları və xatirələrini yaşatmaq məqsədilə həyata keçirilir.
Müsabiqəyə qatılan uşaqlar ən çox sevdiyi oyuncağın rəsmini çəkməklə və ya maketini hazırlamaqla iştirak etmək hüququ qazanıblar. Zahid Əvəzov əlavə edib ki, nəticə ürəkaçan olub. Dörd gün-martın 11-i, 12-si, 14-ü və 15-i davam edən müsabiqəyə mindən yuxarı əsər daxil olsa da, 900-ə yaxını sərgilənib. 50-yə yaxın əsər seçildi və həmin əsərlər Bakı Dövlət Sirkində də nümayiş olunacaq. Və o uşaqlara bir seansın bileti hədiyyə olunacaq.








Maya İmran Demokrat.az


