Böyük Britaniyanın kəşfiyyat mənbələri Rusiya ordusunun gücü ilə bağlı proqnozlarını açıqlayıb.
Demokrat.az ingilis mediasına istinadla xəbər verir ki, Böyük Britaniya kəşfiyyatı Rusiyanın Xarkov və Kiyevi dayanmadan bombalamasına rəğmən, Ukraynanın dirəniş göstərdiyini, Putin ordusunun isə hər gün zəiflədiyini iddia edir.

Məlumata görə, Böyük Britaniya kəşfiyyatı Rusiya ordusunun təqribən 10-14 günlük hərbi hücum gücünün qaldığını proqnozlaşdırıb.
"Ukrayna əhalisinin işğalçı Rusiya ordusunun aramsız hücumları qarşısında dirənişi Putin hakimiyyətini özündən çıxarır. Eyni zamanda müharibənin hər günü Rusiyanın əleyhinə işləyir, Putin ordusunun enerjisi azalır. Təqribən 10-14 gün də belə davam edərsə, o zaman Rusiya ordusunu geri çəkəcək", - deyə ingilis mənbələri qeyd edir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri 90-dan çox uşaq həlak olub, 100-dən çox uşaq isə yaralanıb.
İşğalçı Rusiya ordusunun Ukrayna ərazilərinə top atəşi və bombardmanı nəticəsində ümumilikdə 379 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 69-u tamamilə yararsız hala düşüb.
Bəzi bölgələrə giriş-çıxışın mümkün olmaması səbəbi ilə təqdim etdiyimiz rəqəmlər yekun göstərici deyil.
Zaur Hacılı Demokrat.az


