Bu gün Vətən Müharibəsi şəhidi əsgər Samir Elşən oğlu Mustafayevin cənnətdə doğum günüdür.
Demokrat.az xəbər verir ki, bu münasibətlə Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatı və Salyan rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Salyan rayonu Qarabağlı kəndində Vətən müharibəsi Şəhidi əsgər Samir Elşən oğlu Mustafayevin adına tikilmiş abidə xatirə kompleksinin qarşısında anım tədbiri keçirilib.
İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edənlər Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov, Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, 60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov çıxışlarında şəhidimizin keçdiyi döyüş yolundan bəhs edərək, onun qəhrəmanlığının hər kəsə örnək olduğunu qeyd ediblər. Sonra ümumtəhsil məktəblərinin şagirdləri şeir kompozisiyası səsləndiriblər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov və Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının fəalları, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, 60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, rayon ictimaiyyətinin nümayəndələri, kənd əhalisi, şəhid qohumları, şəhid valideynləri və şəhidin ailə üzvləri və ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi də iştirak ediblər. Sonda Qarabağlı kənd qəbiristanlığında Vətən Müharibəsi şəhidi əsgər amir Elşən oğlu Mustafayevin məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri qoyulmub, ruhuna dualar oxunub.




















Məlik Demokrat.az


