Gündəm Özəl

Mehriban Ələkbərzadəyə yüksək vəzifə verildi — ÖZƏL

Mehriban Ələkbərzadəyə yüksək vəzifə verildi — ÖZƏL

“Bu, cənab nazirin təyinatıdır”.

Mədəniyyət naziri Anar Kərimovun əmrinə əsasən, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə YUĞ Dövlət Teatrından ayrılaraq, Gənc Tamaşaçılar Teatrına baş rejissor vəzifəsinə təyin edilib.

Bu barədə Demokrat.az-a Mehriban Ələkbərzadə özü məlumat verib.

O, təyinatla bağlı fikirlərini bizimlə bölüşüb:

“Bu, cənab nazirin təyinatıdır. Biz hamımız mədəniyyətə xidmət edirik, məqsədimiz incəsənəti,mədəniyyəti, xüsusilə teatrı, öhdəmizə düşən işləri layiqincə yerinə yetirməklə, inkişaf etdirməkdir. Bu, işimizdir, vəzifəmizdir, yolumuzdur, eyni zamanda vətəndaşlıq borcumuzdur. Harda, hansı peşədə olursaq olaq, Vətənə xidmət etməliyik.”

Mehriban Ələkbərzadəyə yüksək vəzifə verildi — ÖZƏL

Maya İmran Demokrat.az

D
demokrat.az