Gündəm

“Azərbaycan Ermənistanın göz yaşlarına inanmamlıdır” — Hafiz Hacıyev

“Azərbaycan Ermənistanın göz yaşlarına inanmamlıdır” — Hafiz Hacıyev

Ukraynada müharibə aparan Rusiyanın Qarabağa diqqəti azalıb və diaspor erməniləri bu məsələni Putinin yadına salmağa çalışırlar...

MüasirMüsavat Partiyasının sədri: “Ermənistanın xarici diasporları aktiv fəaliyyətə başlayıb. Onlar indi Qarabağda yaşayan ermənilərin problemlərinə görəRusiyaya müraciə edərək yalvarırlar”.

“Ukrayna müharibəsinə görəRusiyanın başı ancaq öz problemlərinə qatışıb. Çətin ki,Rusiyaerməni diasporunun müraciətinə cavab versin”. Bu sözləri MüasirMüsavat Partiyasının sədri Hafiz Hacıyev erməni diasporunun Qarabağda yaranmış qaz, su, işıq probleminə görəRusiyaya müraciət etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi ermənilər Qarabağda yaranmış qaz, elektrik və su probleminə görəAzərbaycanı ittiham edir və həlli üçünRusiyarəhbərliyindən kömək istəyirlər. Buna görə dəRusiyada erməni diasporu (erməni-rus təşkilatlarının koordinasiya şurası) bu ölkənin rəhbərliyinə vəMüdafiə Nazirliyinə yazılı müraciət edib.

Görünən odur ki, separatçı rejim Qarabağda erməni əhaliyə nəzarət edə bilmir. Vəziyyətin bu cür davam etməsi erməni əhalisinin separatçı-terrorçu rejimə qarşı etirazını daha da körükləyir. Qəza nəticəsində baş vermiş problemlərə görə dünənə qədərAzərbaycanı ittihan edən ermənilər və erməni mediası bu gündən etibarən paralel olaraq separatçı rejimin “rəhbərliyini” də tənqid edirlər.

Mövcud vəziyyətlə bağlı Qarabağdakı seperatçı rejimin taleyi necə olacaq?

MövzunuPİA.az-ın əməkdaşı MüasirMüsavat Partiyasının sədriHafiz Hacıyevilə müzakirə edib.

Hafiz Hacıyev: “Ermənistana da heç bir humanitar yardımdan və köməkdən söhbət gedə bilməz.

ArtıqErmənistanqırmızı xətti keçmək üzrədir”.

Erməni diasporlarının haraya müraciət etməklərinə əhəmiyyət verməyin lazım olmadığını düşünən partiya sədri bildirib ki,AzərbaycanQarabağda yaşayan ermənilərə vaxt verib. Əgər bu vaxta qədər onlar bizim konstitusiyamıza, qanunlarımıza riayət etməsələr onları Xankəndindən də çıxarmaq lazımdır:

“Ermənilər həmişə şər-böhtanla məşğul olublar. Onlar tarix boyuAzərbaycana şər-böhtan atıblar. Ermənilər bizim torpaqlarda yaşamaqlarına baxmayaraq konstitusiyamıza əməl etmirlər. Onlar hətta bizim qanunlarımızı da tanımaq istəmirlər. Buna görə də onlara nə işıq, nə su, nə də qaz vermək olmaz. Ümumiyyətlə ermənilərə Allahınhavasını vermək lazım deyil.

Ermənistanın xarici diasporları aktiv fəaliyyətə başlayıb. Onlar indi Qarabağda yaşayan ermənilərin problemlərinə görəRusiyaya müraciə edərək yalvarırlar. İndi də Ukrayna müharibəsinə görəRusiyanın başı ancaq öz problemlərinə qatışıb. Çətin ki,Rusiyaerməni diasporunun müraciətinə cavab versin. Buna görə də gözləniləndir ki, erməni diasporuAvropada müraciət etsin.

Amma erməni diasporlarının haraya müraciət etməklərinə əhəmiyyət vermək lazım deyil. ÇünkiAzərbaycanQarabağda yaşayan ermənilərə vaxt verib. Əgər bu vaxta qədər onlar bizim konstitusiyamıza, qanunlarımıza riayət etməsələr onları Xankəndindən də çıxarmaq lazımdır. Bir erməni də Xankəndində qalmamlıdır.

Hafiz Hacıyev: “Bundan sonra ermənilərə çox aqressiv münasibət bəsləmək lazımdır”.

Mən düşünürəm ki,AzərbaycanErmənistanın göz yaşlarına inanmamlıdır. Ona görə də onlara qaz, su, işıq da verilməməlidir. Artıq müharibə bitib və müqavilələr imzalanıb.Rusiyanın da “sülhməramlı” qüvvələri Qarabağdadır. Buna baxmayaraq ermənilər yenə səngərlər qazır və hərbiçilərimizə hücum edirlər. Bütün bunların müqabilində də əlbəttə ki,Ermənistana gedən bütün kommunikasiya xətləri kəsilməlidir.

Azərbaycanöz torpağında özünü qorumalıdır. Necə istəyirik o cür də hərəkət etməliyik.Ermənistana da heç bir humanitar yardımdan və köməkdən söhbət gedə bilməz. ArtıqErmənistanqırmızı xətti keçmək üzrədir.Azərbaycanermənilərə yaşamaqları üçün imkan yaratdı. Amma onlar yenə bunu başa düşmədilər. Heç ermənilərAzərbaycanın yaxşılığını başa da düşməyəcək. Buna görə də bundan sonra ermənilərə çox aqressiv münasibət bəsləmək lazımdır.Azərbaycanıların da doğma Xankəndinə qaytarılması üçün şərait yaradılmalıdır”.

D
demokrat.az