İnfrastruktur

Qarlı havaya görə Şuşanı tərk edə bilməyən avtobus Bakıya yola düşdü — FOTOLAR

Qarlı havaya görə Şuşanı tərk edə bilməyən avtobus Bakıya yola düşdü — FOTOLAR

Mart ayının 13-də Bakı-Şuşa reysi ilə hərəkət edən sərnişin avtobusu kəskinləşən hava şəraiti ilə əlaqədar olaraq Şuşa şəhərini tərk edə bilməyib.

Demokrat.az xəbər verir ki, son üç gündə Şuşa şəhərinə qar yağır, hava temperaturu mənfi 4-7 dərəcə arasında dəyişir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəhbərliyinin tapşırığı ilə avtobusla gələn 43 sərnişin, sürücülər və könüllülər "Xarıbülbül" hotelinə yerləşdirilib və qida ilə təmin olunublar.

Sərnişin avtobusu bu gün səhər Bakıya yola düşüb.

Qarlı havaya görə Şuşanı tərk edə bilməyən avtobus Bakıya yola düşdü — FOTOLAR
Qarlı havaya görə Şuşanı tərk edə bilməyən avtobus Bakıya yola düşdü — FOTOLAR

Rza Demokrat.az

D
demokrat.az