Dünya

Rus məşhurlar instaqramla belə vidalaşdı — FOTO

Rus məşhurlar instaqramla belə vidalaşdı — FOTO

Martın 14-dən Rusiya ərazisində bir çox sosial şəbəkəyə,eləcə də instaqrama giriş bloklanacaq.

Buna görə də rus məşhurlar instaqram izləyiciləri ilə vidalaşmağa başlayıblar. Onlar izləyicilərini teleqram və "vkontakte"a dəvət ediblər.

Müğənnilər Dima Bilan, Olqa Buzova, blogerlər Nastya İvleeva, Oksana Samoylova, prodüser Yana Rudkovskaya, jurnalist və aktrisa Ksenya Sobçak bunla bağlı paylaşım edib.

Buzova paylaşım edərək 7 il ərzində 23,3 milyon izləyici topladığı bildirib. O, vida paylaşımını göz yaşı içində yazdığını vurğulayıb.

Dima Bilan isə intsqram bağlansada sevənləri ilə"vkontakte" görüşəcəyini vurğulayıb.

Axsam.az

D
demokrat.az