Gündəm

Ukraynada “New York Times”ın jurnalisti güllələndi — FOTO

Ukraynada “New York Times”ın jurnalisti güllələndi — FOTO

Ukraynanın İrpen şəhərində "New York Times" qəzetinin müxbiri güllələnib.

Demokrat.az "Unian"a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər nazirinin müşaviri Anton Qeraşenko məlumat verib.

"İşğalçılar hətta rus qoşunlarının Ukraynadakı vəhşilikləri haqqında həqiqəti göstərməyə çalışan beynəlxalq media jurnalistlərini də rüsvayçılıqla öldürürlər. Bu gün İrpendə dünyaca məşhur "New York Times"ın 51 yaşlı müxbiri güllələnib", - o deyib.

Qeraşenkonun sözlərinə görə, atəş zamanı daha bir jurnalist yaralanıb.

Hazırda ona ilkin tibbi yardım göstərilir.

Zamiq Demokrat.az

D
demokrat.az