Gündəm

“Rusiyanın atdığı 30 qanadlı raket nəticəsində 9 nəfər ölüb, 56 nəfər yaralanıb”

“Rusiyanın atdığı 30 qanadlı raket nəticəsində 9 nəfər ölüb, 56 nəfər yaralanıb”

Xəbər verdiyimiz kimi, Rusiya Polşa sərhədində yerləşən NATO bazasına 30 aviazərbə endirib.

Demokrat.az-ın xəbərinə görə, Lvov vilayətinin qubernatoru Maksim Kozitski bununla bağlı mətbuata açıqlama verib:

“Polşa sərhədində, 15 km-dən az məsafədə NATO-nun təlimlər üçün istifadə etdiyi Ukrayna ərazisində yerləşən hərbi bazaya Rusiyanın Hərbi Hava Qüvvələri 30 qanadlı raket atıb. Nəticədə 9 nəfər həlak olub, 56 nəfər yaralanıb.”

Ukraynanın müdafiə naziri Aleksey Reznikov Lvov vilayətindəki hərbi təlim meydançasında əcnəbi hərbi təlimatçıların işlədiyini bildirib.

Təlimatçılardan hər hansı birinin hücum zamanı obyektdə olub-olmadığı müəyyənləşdirilir.

Həsən Demokrat.az

D
demokrat.az