Dünya

İran atdığı raketlərlə "K-24" telekanalını hədəfə alıb — FOTOLAR

İran atdığı raketlərlə K-24 telekanalını hədəfə alıb — FOTOLAR

İran ərazisindən İraqın şimalındakı Ərbil şəhərinə raket zərbələri nəticəsində “Kürdistan-24” ("K-24") telekanalına ciddi ziyan dəyib.

Demokrat.az-ın İraq mediasına istinadən xəbərinə görə, ölkənin hüquq-mühafizə orqanlarının yaydığı məlumatda əraziyə 12 ballistik raket atıldığı açıqlanıb.

Nəticədə telekanalın yerləşdiyi binaya ciddi ziyan dəyib. Ölən və xəsarət alan yoxdur.

“Rudaw” telekanalı isə Ərbilə 14 raket atılması barədə xəbər yayıb.

Hazırda raket hücumu ilə bağlı təhlükəsizlik qüvvələri tərəfindən araşdırma aparılır.

Zamiq Demokrat.az

D
demokrat.az