Gündəm

Rusiya ordusu Lvovdakı hərbi poliqona 8 raket atdı — FOTO

Rusiya ordusu Lvovdakı hərbi poliqona 8 raket atdı — FOTO

Rusiya ordusu Lvov yaxınlığında Yavoriv poliqonuna aviazərbələr endirib . Demokrat.az bu barədə "Unian" nəşrinə istinadən xəbər verir.

Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib ki, Rusiya Lvov yaxınlığında Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə (Yavorovski hərbi poliqonu) hava zərbəsi endirib.

Onun sözlərinə görə, düşmən hərbi poliqona 8 raket atıb. Zərbələrdən sonra hadisənin qurbanları barədə araşdırma aparılır.

Qeyd edək ki, aviazərbələrdən öncə Lvovda hava həyəcanı elan edilib.

Zamiq Demokrat.az

D
demokrat.az