Gündəm

“Müharibənin digər geosiyasi bölgələrə yayılacağı istisna deyil” — ÖZƏL AÇIQLAMA

“Müharibənin digər geosiyasi bölgələrə yayılacağı istisna deyil” — ÖZƏL AÇIQLAMA

“Rusiya-Ukrayna müharibəsinin uzunmüddət davam etməsi digər ərazi mübahisələri ilə bağlı dondurulmuş münaqişələri də alovlandıra bilər”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi dünyanın iqtisadi, siyasi, hüquqi, enerji sahəsində olan münasibətlərə də mənfi təsir göstərməkdədir:

“BMT-nin ərzaq ehtiyatlarının azalması, eləcə də buğda, qarğıdalı və digər strateji əhəmiyyət kəsb edən məhsulların Qara dəniz hövzəsində olan dövlətlər tərəfindən istehsal edilməsi və onların dünya bazarına çıxarılması işində problemlər olacağı ilə bağlı mülahizələr var.

Bu da gələcəkdə ərzaq çatışmazlığı ilə bağlı problemlərin bir qədər də gücləndirəcək. Bu baxımdan məsələyə daha çox praqmatik yanaşmaq və dünyanın kənd təsərrüfatı, eləcə də ərzaq tədarükü ilə bağlı olan problemlərin hazırki durumda qabaqlaması istiqamətində böyük səylər göstərmək lazımdır. Bu gün iki ölkə arasında fikir ayrılıqları çox dərindir və tərəflərin istəkləri bir-biri üçün qəbul edilən deyil. Bu səbəbdən də müharibə uzunmüddət davam edə bilər. Qeyd edim ki, dağıntılar və iqtisadi ziyan nəinki Rusiya və Ukraynanı əhatə edəcək, eləcə də digər geosiyasi bölgələrə yayılacağı da istisna deyil”.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az