ABŞ hətta dünya müharibəsinə səbəb olsa belə Rusiya Federasiyasının NATO-nu təhdid edən istənilən addımına cavab verəcək.
Demokrat.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
O, bu bəyanatı ilə faktiki olaraq bildirib ki, Rusiyanınhücumu halında ABŞ NATO ərazisinin “hər qarışını” qorumaq üçün üçüncü dünya müharibəsinə də hazırdır.
“Əlbəttə, cavab versək, bu, üçüncü dünya müharibəsi olacaq, lakin bizim NATO-nu müdafiə etmək kimi “müqəddəs öhdəliyimiz” var”, - deyə o bildirib.
Dövlət başçısı vurğulayıb ki, hazırda 12 min ABŞ əsgəri Rusiya sərhədləri boyu yerləşdirilib.
Leyla Demokrat.az


