Rus işğalçıları Ukraynaya qarşı müharibədə zabitlərini itirməkdə davam edirlər.
Demokrat.az-ın Ukraynada fəaliyyət göstərən "Kanal24"ə istinadən xəbərinə görə, bu dəfə Ukrayna Silahlı Qüvvələri Rusiyanın 29-cu Ordusunun komandanı, general-mayor Andrey Kolesnikovu məhv ediblər.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin “Luqansk-1” könüllülər batalyonunun komandiri, Ali Radanın VIII çağırış deputatı Artem Vitko məlumat verib.
2021-ci ildə general-mayor Andrey Kolesnikov Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandiri təyin olunmuşdu.
Bundan əvvəl o, Moskva vilayətində yerləşən birləşmiş ordunun qərargah rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, rəsmi məlumatlara görə, müharibə başlayandan indiyədək Ukraynaya qarşı müharibədə Rusiyanın itkiləri 12 mindən nəfərdən çoxdur.
Zamiq Demokrat.az


