Prezident Putin Rusiyadan Ukraynaya könüllü döyüşçülərin göndərilməsi barədə qərar qəbul edib.
Demokrat.az xəbər verir ki, Putin bununla bağlı irəli sürülən ideyanı dəstəkləyib.
“Əgər könüllü əsasda Donbassda yaşayanlara kömək üçün getmək istəyənlər varsa onların bu arzusunu yerinə yetirmək və döyüş bölgəsinə keçməsinə kömək etmək lazımdır”-deyə Putin Təhlükəsizlik Şurasının iclasında deyib.
Prezident deyib ki, Qərb sponsorları Ukrayanda münaqişədə iştirak üçün muzdlu yığımını gizlətmirlər.
Prezident həmçinin Ukrayna ordusndan qənimət kimi götürülmüş texnikanı, tankları və silahları Donbassa verilməsi barədə müdafiə naziri Şoyqunun təklifini dəsətkləyib.
Məlik Demokrat.az


