Bu günlərdə britaniyalı deputat Marqaret Hodge 2 dəqiqəlik çıxışı ilə cəmiyyətimizdə hiddət doğurub, media gündəminə düşüb. Bəzi yazılarda bununla bağlı səthi açıqlamalar verilib.
Qoca İngiltərənin ən yaşlı deputatı Marqaret Hodcdan qısa bəhs etmək çox çətindir, hətta mümkün deyil. Təkcə ona görə yox ki, 1994-cü ildən deputatdır. “Stajı” baxımından ancaq Nensi Pelosidən (1987-ci ildən) geri qalır.Ona görə ki, Marqaret “ipək və ya köpək qarılardan” deyil, “əsil Küpəgirən qarı(“Baba-yaqa”)dır.
Marqaretin həyat və fəaliyyəti siyasətdə metafora kimi məlum olan “Baba Yaqa prinsipi”ilə izah edilə bilər. Baba Yaqa fenomeni-hamının lehinə olduğu məsələdə, yalnızca küpəgirən qarının “əleyhinə” olması mənasını verir.O, fəaliyyətindəki absurd məqamlarla zəngindir. İlk absurdlardan biri cavanlıqda qlobal polad maqnatı və oliqarx ailəsinin üzvü olduğu halda, İngiltərənin zəhmətkeşlər- Leyboristlər(Əmək) partiyasına üzv olmasıdır.Digər məsələ- üzvü olduğu partiya rəhbərliyinə qarşı “Baba Yaqa prinsipi” ilə davamlı olaraq münaqişə/qalmaqallar yaratmaqla daima gündəmdə olmasıdır.
Qlobal oliqarx ailəsinin və ona məxsus şirkətin üzvü,4 dəfə nazir olan Marqaretin siyasət, iqtisadiyyat, vergi siyasəti, demokratiya və s. lə bağlı qaynar fəaliyyət aparıb. Onunfəaliyyətini müşayiət edən qalmaqallar, böyük siyasətin çirkin oyunlarında yer almasını ancaq mediada gedən başlıqlar-screen-şotlar göstərir.
Ləqəbi “vergidən yayınan” “Hodge the dodge”olan Marqaret..
Google axtarış sistemində “vergidən yayınma” sözünü yazıldıqda çoxsaylı adlar içərisində Marqaret Hodj ofşorlardan mənfəət əldə edənlər arasında üzə çıxır. Britaniyanın məşhur media agentliyi The Time yazır ki, “Marqaret Lixtenşteynin vergi cənnətindən 1,5 milyon funt-sterlinqdən çox səhm alıb.”(“Margaret Hodge has received more than £1.5m in shares from the tax haven of Liechtenstein, according to The Times.”(Mənbə:Margaret Hodge benefited from tax haven//
Digər başlıq: “Böyük siyasətçi Marqaret Hodc ikiüzlülükdə ittiham olunur. Vergidən yayınanlara savaş açan leyborist deputatın özünün "ofşor vergi cənnətində 1,5 milyon funt sterlinqlik payı var olub." (Mənbə:Labour MP who savages tax avoiders 'had £1.5m shares in offshore tax haven': Senior politician Margaret Hodge accused of hypocrisy//https://www.dailymail.co.uk/news/article-3060029/Labour-s-Hodge-1-5m-shares-offshore-tax-haven-Senior-politician-accused-hypocrisy-following-earlier-fierce-criticism-tax-avoidance.html)
“Leyboristlərdən Marqaret Hodc vergi məsələlərində ikiüzlülükdə ittiham olunur. Hesablama Komitəsinin keçmiş rəhbəri və vergidən yayınma tənqidçisi ailə şirkətindən pay alıb”(Mənbə:Labour’s Margaret Hodge accused of hypocrisy over tax affairs
Marqaret Lixtenşteyndən əlavə, Panama ofşorlarında da pay alıb..Mənbə:https://www.taxjournal.com/articles/press-watch-margaret-hodge-given-15m-shares-tax-haven-30042015
Özü də vergidən yayınanMaqraret Dodcu İngiltərənin məşhur“Spektator”nəşri “Şüşə qalada oturub” başqalarına daş atan fiqurkimi adlandırılıb.(Mənbə:People inglass houses)https://www.spectator.co.uk/article/people-in-glass-houses-
Marqaretin rəhbər vəzifələrdə çalışdığı dövrdə ört-basdır etdiyi cinayətlər
M.Hodge nazirliyi dövründə məsul olduğu uşaq evlərində uşaqların cinsi istismarı, digər dəhşətli zorakılıqları (uşaq fahişəliyi, işgəncə, qətllər) araşdırdılıb, onun dəhşətli faktları ört-basdır etməsi ilə bağlı “ London Evening Standard” , BBC və s. nəşrlər reportaj yayımlayıb. Onun partiyadan qovulması ilə bağlı çağırışlar səslənib.Mənbə:Why MP Margaret Hodge Needs To Be Kicked Out of the UK Labour Party//https://gregorflock.medium.com/why-mp-margaret-hodge-needs-to-be-kicked-out-of-the-uk-labour-party-8f45368e73ee
Antisemitizm şüarı altında özü irqçi olduğu məlum olan Marqaret
M.Hodcun antisemitizmlə maskalanaraq, gerçəklikdə irqçi mahiyyəti, tərəf tutması, müstəmləkəçilik siyasəti ilə ailə sərvəti-şirkət qurması da geniş tənqid atəşinə tutulan mövzulardandır. Tanınmış “Open secret” təşkilatıbununla bağlı “Parlament üzvü Marqaret Hodc aparteid mövzusunda ən çox spekulyasiya edənlərdəndir”adlı geniş araşdırma hazırlayıb.(Mənbə: Margaret Hodge MP – a very British apartheid profiteerhttps://www.dailymaverick.co.za/article/2019-11-20-dame-margaret-hodge-mp-a-very-british-apartheid-profiteer/
“POLAD LEDİ” - MARQARET AZƏRBAYCANDAN NƏ İSTƏYİR?
CAVAB-ERMƏNİ FAKTORUDUR ...
Beləliklə, böyük sərvəti, vəzifəsi, qalmaqallı şan şöhrəti olan ledi ölkəmizə niyə hücum edir?30 ilə yaxın deputat olanMarqaret ancaq son 5 ildə-2017-ci ildən başlayaraq, Parlamentdə xarici siyasi hücumlara qoşulub. Qlobal araşdırmaçı şəbəkədə ermənilərin səfərbərliyinə başlanmış, ofşor, “Panama sənədləri” dövriyyəyə buraxılmışdı.Sosial Tədqiqatlar Mərkəzi bununla bağlı geniş araşdırma təqdim edib. Fransanın bir erməni dövləti olması, Ermənistanın isə bir layihə olması bizə məlumdur.
Bəs İngiltərə? Zəngin iş adamlarının, kilsə ideoloqlarının, siyasətçilərin və s. təmsil olunduğu“Böyük Britaniyanın Erməni İcma Şurası” (ACCUK-Armenian Community Council UK)son illərdə ölkəmizə qarşı geniş fəaliyyət aparmaqdadır.İcmanın sədri Ara Palamaudyan həm iş adamı, həm də kilsə “xadimidir.”Bu fəaliyyət Azərbaycan-Britaniya ikitərəfli münasibətlərinin qənaətbəxş səviyyəsi nəzərə alınmaqla maksimum gizli şəkildə həyata keçirilir.Bunu erməni araşdırmaçı qrupu “Hetq” də etiraf edib. Təşkilat bildirib ki,A.Sərkisyanın maliyyə imperiyasını araşdırılarkən, onun “şəxsi məlumatların gizliliyi” prinsipi ilə maskalanaraq, özü haqdabütün məlumatları ya sildirib, ya da əlçatmaz etməsi məlum oldu.
Beləliklə, İngiltərədə ermənilər dedikdə, ilk yada düşən erməni-bəli, Britaniya vətəndaşı, bu yaxınlarda çoxsaylı vətəndaşlıqlarını gizlədib sonra buna görə istefa verən-Armen Sərkisyan gəlir. Dünya polad maqnatı ailəsinin üzvü, “Polad Ledi” kiminlə qarşılıqlı “işgüzar” əlaqələr qura bilərdi? Bəli, Ermənistanın Fransada uzun illər səfiri, dünyanın digər qlobal transmilli “Bekaert” polad şirkətinin direktorlar şurasında təmsil olunanArmen Sərkisyanla.Yəni, siyasi və iqtisadi fəallıq baxımından bu 2 şəxsin nəhəng fəaliyyət “imperiyası” bir birinə çox uyğun gəlir. A.Sərkisyan da “Polad Ledi kimi” İngiltərədə və Avropada saysız hesabsız şirkətlərin, fondların v s. rəhbəri olub.
Britaniyada çox nüfuzlu,İngiltərə Xarici İşlər Nazirliyi tərəfindən səxavətlə maliyyələşdirilən “Westminster Foundation for Democracy (WFD)”-Vestminister Demokratiya Fondu ilə Ermənistan rəhbərliyi çoxsaylı layihələr həyata keçirir. Elə-belə deyil-birbaşa erməni parlamenti və Baş nazir administrasiyası ilə layihələr reallaşdırılır.
Fondun rəhbərlərindən biri- Marqaret Dodge-dir. Polad ledi Paşinyana siyasi idarəçilik sahəsində yenilikləri tətbiq etməyə yardım edir.
Marqaret Ermənistan Parlamentində Britaniya XİN maliyyəsi hesabına demokratiya öyrədir.
Britaniyalı deputatın 2 dəqiqəlik çıxışda “Azərbaycan” sözünü səsləndirməsinin arxasındakı gizlinlər..
Marqaret bir neçə gün əvvəl Britaniya parlamentinin iclasında Azərbaycan ictimaiyyətini hiddətləndirən 2 dədiqəlik çıxışına şərait yaradan, ölkəmizə qarşı sanksiya söhbətinə macal verən kimdir? Britaniya parlamentinin spikeri, ölkəmizə qarşı tribuna verən kimdir və ermənilərlə əlaqəsi varmı?
Spiker Lindsey Hoyle sözü gedən, Ermənistanda demokratiya quran, Marqaretin rəhbərliyində təmsil olunduğu “Westminster Foundation for Democracy ” himayədarıdır. Adı elə belə də yazılır: WFD PATRON.İngilis parlamentari öz spikeri ilə birgə Ermənistanda layihələr maliyyələşdirir.
Əsasən Britaniya XİN maliyyəsi ilə çalışan Fondun səhifəsində Ermənistanla bağlı ayrıca bölmə mövcuddur. Bu da onun məxsusi olaraq bu ölkəyə maddi dəstəyi ilə bağlı olduğuna dəlalət edir.
Səhifədə Azərbaycan sözünün axtarışı da belə nəticə verir:necə deyərlər şərhsiz..
Vestminister fondunun patronu, özü ilə Fond rəhbərliyində çalışan Marqaretə istədiyi vaxt tribuna verən Spikerinin Lindsey Hoyle olduğu Britaniya parlamentində erməni parlamentari qrupunun Azərbaycanla müqayisədə çoxluğu da diqqəti cəlb edir. Marqaret hazırkı iqtidar Boris Jonsonun Mühafizəkarlar partiyasına müxalifətdədir. Bu baxımdan yerli yazarlar bunu nəzərə almalı, bütün Britaniya establişmentini ittiham etməli deyillər.
Azərbaycanla bağlı parlament qrupunda 5 deputat olduğu halda 2 milyon əhalisi olan Ermənistan Parlament qrupunda həmin Baronessa Koks daxil olmaqla 7 nəfər dəstəkçi var. Bu məsələlər düşündürücüdür. Belə ki, parlament qrupundakı çoxluq bir yana, spiker özü Ermənistanla layihələr keçirən fondun rəhbəridir! Azərbaycan qrupunda Marqaretin Leyborist partiyasından cəmi 1 nəfər var.
Kürd əsilli Marqaretin partiyadaşı Faryal Dəmir Klark ilk dəfə erməni soyqırımını tanımağı təklif edib.
Əlavə etmək vacibdir ki, “Sanksiya” sualının ünvanlandığı Britaniya xarici işlər naziri reallıqdan xəbərdar olduğu üçün Azərbaycanın adını Marqaret kimi hallandırmayıb..
İlginc məqamlardan biri də budur ki, Marqaretin partiyadaşı, rəhbəri və iqtidarda olmuş Toni Bleyer Qazaxıstanda Nazarbayevin müşaviri olub. Buna baxmayaraq, 2022-ci ilin yanvarında Marqaret əlində sanksiya tətbiq ediləcək qazaxların siyahısı ilə gəzir.
Bununla yanaşı,Marqaret simasında “küpəgirən qarılar” nağıllardakı kimi “ izini süpürgə ilə nə qədər silsə də, ölkəmizə qarşı səslənən istənilən qərəz və böhtanda onların izini aşkarlamaq mümkündür.
Araikin təbrikinə şok olan dünya erməniliyinin baş mediası “Armenian Weekly”:
Sosial Tədqiqatlar Mərkəzi Daxili Siyasət Departamenti Demokrat.az


