Gündəm

Mariupolda 1300 dinc sakin öldürülüb, 350 min nəfər girovluqdadır — Müharibə görüntüləri (VİDEOLAR)

Mariupolda 1300 dinc sakin öldürülüb, 350 min nəfər girovluqdadır — Müharibə görüntüləri (VİDEOLAR)

Mariupol şəhərinin tam mühasirəsi 7 gündür davam edir.

Demokrat.az-ın Ukrayna mediasına istinadən xəbərinə görə, şəhərin infrastrukturu dağıdılıb - işıq, istilik, içməli su, yemək, qaz yoxdur.

Mariupol davamlı olaraq "Qrad", "Smerç", "Toçka U" raket artilleriyasından (minaatanlardan və aviabombalardan atəşə tutulub. Rusiya əsgərləri doğum evlərini, xəstəxanaları və qan banklarını bombalayır. Təxminən 135 min insanın yaşadığı şəhərin sol sahil rayonu demək olar ki, tamamilə dağıdılıb. Mülki əhalinin sığınacağı və təxliyə yerləri məqsədyönlü hücuma məruz qalır. Şəhərin tam dağıdılması həyata keçirilir. Şəhərin əksər əraziləri ciddi şəkildə zədələnib və bir çox hündürmərtəbəli binalar yaşayış üçün yararsızdır. Rusiya qoşunları 7 gündür ki, şəhərin 350 mindən çox sakinini girov saxlayır ki, onlardan 50 mini uşaq, 3 mini isə körpədir. Onların hamısı susuzluqdan, aclıqdan və ya birbaşa hərbi təcavüzdən ölüm təhlükəsi altındadır.

Çoxlu sayda insan dağıntılar altındadır. Amma rus ordusunun davamlı hücumları səbəbindən dağıntılar altından insanları çıxarmaq, yaralıları təxliyə etmək, ölənləri dəfn etmək mümkün deyil. Rusiya hərbçiləri Mariupol şəhərinin mərkəzini fasiləsiz bombalamağa davam edir.

İlkin məlumatlara görə, işğalçı Rusiya qoşunları tərəfindən Mariupolun blokadası zamanı artıq 1300-ə qədər dinc sakin həlak olub.

Zamiq Demokrat.az

D
demokrat.az