Hadisə

Bakıda gənc qızı maşın vurdu

Bakıda gənc qızı maşın vurdu

Bakıda 26 yaşlı gənc qızı avtomobil vurub.

Demokrat.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

“Memar Əcəmi” metrostansiyasının yaxınlığında 1996-cı il təvəllüdlü Fərruxova Nuridə Eyvaz qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

D
demokrat.az