“Azərbaycanda media subyektlərinin reyestrə daxil edilməsi prosesi reyestr tam təşkilati, hüquqi məsələlər başa çatdıqdan sonra olacaqdır”.
Demokrat.az xəbər verir ki, bunu MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədli REAL TV-nin efirində qonaq olarkən deyib.
O vurğulayıb ki, Nazirlər Kabinetinin müvafiq qərarında konkret bir dövr göstərilib:
“Düşünürük ki, sərəncama müvafiq olaraq qısa vaxtda biz artıq reyestrin fəaliyyətə başlamasının şahidi olacağıq. Eyni zamanda ondan irəli gələn digər detallar, prosedura qaydaları da öz həllini tapacaq”.
Aynurə Demokrat.az


