“Media Reyestrindən jurnalist kimi qeydiyyatdan keçmək könüllüdür”.
Demokrat.az xəbər verir ki, bunu MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədli REAL TV-nin efirində qonaq olarkən deyib.

O qeyd edib ki, orada vəsiqə təqdim olunur və o, vəsiqəni almaq da könüllüdür: “Sadəcə olaraq dövlət bilməlidir ki, onun portfelinin həcmi nə qədərdir. Nə qədər jurnalist verilən imtiyazlardan yaralana bilər. Media Reyestri bu konkretlikdə öz funksiyasını yerinə yetirəcək. Amma, jurnalist xüsusi yaradıcılıqla bağlı olan bir peşədir, ona görə də bunlar artıq könüllüdür. Əgər bu imtiyazlardan yararlanmaq istəyənlər varsa, o zaman bu tələblərə riayət etmək lazımdır. Çünki artıq qanun da qəbul edilib və təsdiqlənib”. Aynurə Demokrat.az


