Gündəm

Ukraynaya qarşı döyüşən erməni terrorçusu “Samvel” ləqəbli Armen Mardoyan... — Ərdoğana qarşı nifrət bəsləyir — FAKTLAR

Ukraynaya qarşı döyüşən erməni terrorçusu “Samvel” ləqəbli Armen Mardoyan... — Ərdoğana qarşı nifrət bəsləyir — FAKTLAR

Krım və Donbasın işğalı zamanı milliyətcə ermənilərdən təşkil olunan "Krımın 4-cü özünümüdafiə batalyonu"nun komandiri olub. Hazırda Krımdakı qondarma idarəetmə strukturunda yüksək “vəzifə” tutur.

Armen Mardoyan 1967-ci ildə Ermənistan SSR-nin Ani (Ağin) rayonunda anadan olub. 1988-ci ildə Rusiyanın Volqoqrad vilayətinin Kamışinsk şəhərindəki Hərbi Komandanlıq Məktəbindən məzun olub. 2007-ci ildən Krımda yaşayır.

2014-ci ildə Simferopol hava limanını ələ keçirən terrorçuların başçısı olub. 2014-cü ildə Odessa millət vəkili Aleksey Qonçarenkonu küçədə polisin gözü qarşısında döyüb .

Dəfələrlə Putin tərəfindən qəbul olunub və mükafatlandırılıb.

2020-ci ilin oktyabrda Qarabağdakı separatçılara dəstək üçün Xankəndinə gəlib.

Noyabr ayında (2020) Azərbaycan Baş prokurorluğu tərəfindən barəsində cinayət işi başlanılıb...

Allahverdi Aydın Demokrat.az

D
demokrat.az