Gündəm

Bekhem cütlüyü Ukraynaya 1 milyon yardım ayırdı

Bekhem cütlüyü Ukraynaya 1 milyon yardım ayırdı

David və Victoria Bekhem cütlüyü Ukraynaya dəstək məqsədi ilə 1 milyon sterlinq yardım edib.

Demokrat.az "Sözcü"yə istinadla xəbər verir ki, sabiq İngiltərə millisinin kapitanı71,2 milyon izləyici olan "Instagram" hesabından müharibə nəticəsində dağıdılan ölkə üçün UNICEF-in yardım kampaniyasına qoşulduğunu bəyan edib.

"Analar uşaqları ilə birlikdə qaçmağa məcbur olublar. Ailələr dağıldı. Bir gecədə qaçqın olmaq üçün yataqlarından götürülən uşaqlar...

Ukraynada münaqişə ikinci həftəsinə girdiyi üçün ailələrin ehtiyacları artır və hazırda 7,5 milyon uşaq risk altındadır. Xahiş edirəm mənə qoşulun və UNICEF-in bu sahədə mühüm işinə dəstək olmaq üçün əlinizdən gələni edin", -Bekhem çağırış edib.

Leyla Demokrat.az

D
demokrat.az