“Şəhid balam İsmayılım çox diqqətcil idi. İstər doğum günümdə, istərsə də bayramlarda təbrik etməyi unutmurdu. Balam nəyə ehtiyacım olurdusa, onu alırdı”.
Bunu Demokrat.az-a açıqlamasında şəhid İsmayıl Qədirlinin anası Tamella Hüseynova bildirib. O daha sonra əlavə edib:
“Hətta, sonuncu 8 mart təbrik mesajı belə durur. O mesajı belə otaqdan-otağa yazmışdı. Səhər açılanda isə yenidən təbrik etdi. İndi sizinlə danışdığım telefonu o hədiyyə almışdı. Və bu, onun son hədiyyəsi oldu. Hazırda yeganə arzum övladıma qovuşmaqdır. O, gələ bilməyəcəyinə görə, Tanrıdan tək diləyim məni gələn 8 marta kimi İsmayıla qovuşdursun”.

Aynurə Pənahqızı Demokrat.az


