Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində indiyədək 38 uşaq həlak olub, 71 uşaq yaralanıb.
Demokrat.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın İnsan Haqları üzrə müvəkkili Lyudmila Denisova "Telegram"da məlumat verib.
Ombudsmanın sözlərinə görə, bu hələ yekun məlumat deyil. Çünki Donetsk vilayətinin Mariupol şəhəri və Kiyev vilayətinin İrpen şəhəri sakinlərinin ölən və yaralananların sayı barədə hələlik dəqiq məlumat almaq mümkün deyil. 
"Rusiya Federasiyasının silahlı qüvvələri uşaqların fundamental hüquqlarını - BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə dünyada hər bir uşağa təminat verilən həyat və sağlamlıq hüquqlarını kobud şəkildə pozmaqda davam edir. Mən beynəlxalq insan haqları təşkilatlarına çağırış edirəm. Ukraynaya qarşı hərbi təcavüzü dayandırmaq üçün Rusiyaya təzyiqi artırmaq naminə bütün mümkün tədbirləri həyata keçirsinlər"- deyə Ombudsman qeyd edib.
Onu da qeyd edək ki, təkcə son 24 saat ərzində rus işğalçılarının Mariupolu atəşə tutması nəticəsində yaşyarımlıq uşaq həlak olub.
Zamiq Demokrat.az


