Gündəm

“Bu, dünya siyasətçilərinin və Qərb liderlərinin məsuliyyətidir” — Zelenski

“Bu, dünya siyasətçilərinin və Qərb liderlərinin məsuliyyətidir” — Zelenski

Ukraynada Vinnitsa yaxınlığındakı hava limanı tamamilə məhv edilib.

Demokrat.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski açıqlama yayıb.

Dövlət başçısı bildirib ki, Vinnitsa yaxınlığındakı hava limanı rus işğalçılarının raket hücumundan sonra tamamilə dağıdılıb.

"Mənə indicə Vinnitsaya 8 raket atılması ilə bağlı məlumat verdilər. Bizim dinc Vinnitsa heç vaxt Rusiyanı heç bir şəkildə təhdid etməyib. Raket hücumu sərt, rüsvayçılıqdır, hava limanı tamamilə dağıdılıb. Onlar məhv etməyə davam edirlər" - deyə o, bildirib.

V.Zelenski çıxışı zamanı Qərbə səslənib:

"Bizə təyyarələr verməyin ki, özümüzü qoruya bilək. Belə olan halda, yalnız bir nəticə çıxarmaq olar - siz də bizim çox yavaş öldürülməyimizi istəyirsiniz. Bu, dünya siyasətçilərinin və Qərb liderlərinin məsuliyyətidir".

Zamiq Demokrat.az

D
demokrat.az