Gündəm

ABŞ dövlət katibi Ukraynanın XİN başçısı ilə Polşa sərhədində görüşdü — FOTO

ABŞ dövlət katibi Ukraynanın XİN başçısı ilə Polşa sərhədində görüşdü — FOTO

ABŞ dövlət katibi Antoni Blinken Ukrayna-Polşa sərhədində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. Demokrat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Blinken Kuleba ilə Polşa-Ukrayna sərhədində keçirdiyi görüşdən fotoları şəxsi "Twitter" hesabında paylaşıb. Polşaya səfər edən ABŞ dövlət katibi öz paylaşımında "Bu gün dostum Kuleba ilə Polşa-Ukrayna sərhədində görüşmək ruhlandırıcı idi" deyib.

ABŞ dövlət katibi Ukraynanın XİN başçısı ilə Polşa sərhədində görüşdü — FOTO
“Onun və Zelenskinin göstərdiyi liderlik və cəsarət fövqəladə hadisədir. ABŞ və dünya onların və Ukrayna xalqının yanında olmağa davam edəcək” -deyə o , vurğulayıb.

Qeyd edək ki, Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün bölgədə olan Blinkenin sərhəddə ciddi təhlükəsizlik tədbirləri altında həmkarı ilə təxminən 45 dəqiqə görüşdüyü deyilir. Görüşdə Kiyevə daha çox silah yardımı, Rusiyaya beynəlxalq təzyiqləri artırılması müzakirə olunub.

Zamiq Demokrat.az

D
demokrat.az