“1914 - 1923-cü illər arası Birinci Dünya Müharibəsi oldu. Dünya bölüşdürüldü və xəritələr yenidən tərtib olundu.Artıq yüzillik müqavilələr bitir və Rusiya yenidən ciddi pay almaq istəyir
Bunu Demokrat.az-aaçıqlamasında hərbi analitik, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev deyib.
Şərhçi qeyd edib ki, pay almaq istəyənlərdən biri də Rusiyadır: “2014 -cü və 2023-cü illər arasında hər yüz ildə bir müqavilələrə baxılır. Yeni yaranacaq fürsətlərdən də hər kəs maksimum fayda əldə etməyə çalışır. Ön sırada isə Rusiya durur. Göründüyü kimi, Rusiya BRİCS ölkələri ilə milli valyuta üzərindən ticarətə başlayır və Milli İqtisadiyyat Modelini qurmağa çalışır. Artıq xam maddələr satışına məhdudiyyətlər qoyulub. Dövlətlər daxili istehsalı və yeni məhsulların ixracatı üzərindən xarici ticarəti artırmağa çalışırlar. 2014-cü ildə isti dənizlərə açılmaq adına Ukrayna, Kırımı ələ keçirir. Bunu edərkən Türkiyə, Qafqaz və Orta Asiya ilə münasibətlərini müsbət yöndə tənzimləməyə çalışır. 
R.İmamquliyev əlavə edib ki, Avropa və Türkiyə də bütün bu təhdidlərin fərqindədir: “Təbii ki, Rusiya ona qarşı ola biləcək iqtisadi sanksiyaları əvvəlcədən hesaba alıb. Çünki, o, 2023-cü il yüz illik müqavilələrin zamanının bitməsindən sonra yenidən qurmada ciddi pay almaq niyyətindədir. Əlbəttə ki, iqtisadi vəziyyətinin çox da yaxşı olmadığı vaxtda bunu edə bilmək üçün gizli və önəmli sövdələşmələri olmalıdır. Bu səbəblə də bütün şübhələr Çinin üzərindədir. Pekin isə öz növbəsində çox səbrli və təmkinli davranır. Bütün hallarda Rusiyanın geri addım atmaq kimi yolu yoxdur. Əgər Rusiya Ukraynada qalib çıxmasa bu onun bir sonrakı yüz ilə qədər daha da cılız dövlət olaraq yaşamasına səbəb olacaq. Hesab edirəm ki, Rusiya heç bir şəkildə parçalanmayacaq, amma keçmiş sovet respublikaları yeni bloklarda təmsil olunaraq daha müstəqil siyasət həyata keçirə biləcəklər”.
Aynurə Pənahqızı Demokrat.az


