"Azad Avropa/Azadlıq Radiosu" radiostansiyası Rusiya ərazisində fəaliyyətini dayandırıb.
Demokrat.az xəbər verir ki, bu barədə radiostansiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, martın 4-də yerli vergi orqanları radionun Rusiya filialını müflis elan edib. Bundan sonra radiostansiya Rusiyadakı fəaliyyətini dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, bir neçə gün öncə Roskomnadzor radionu Ukrayna münaqişəsi ilə bağlı yalan xəbər yaymaqda ittiham edərək onun internet saytına girişi məhdudlaşdırmışdı.
Zamiq Demokrat.az


