Rusiya ordusu bu gecə də dayanmadan Ukraynanın Xarkov şəhərini bombalayıb.
Demokrat.az "Unian"a istinadən xəbər verir ki, şəhərə endirilən zərbələr nəticəsində hündürmərtəbəli yaşayış binası yanmağa başlayıb.
“Truha” Telegram kanalı gecə saatlarında Xarkovun bombalanmasının nəticələrini əks etdirən video yayımlayıb.
Şəhərin "Severnaya" küçəsi işğalçı ordunun dəhşşətli zərbələrinə məruz qalıb.
Qeyd edək ki, martın 5-də Kiyevd və bir neçə rayonda saat 00:00 radələrində partlayış səsləri eşidilib. Xəbərdarlığı elan olunub, sakinlərin təcili şəkildə sığınacaqlara yerləşməsinə çağırış edilib.
Zamiq Demokrat.az


