Vurulan Rusiya təyyarəsinin pilotu Çerniqovda saxlanılıb, digər pilot ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə Çerniqov vilayəti hərbi-mülki administrasiyasının sədri Vyaçeslav Çaus Telegram-da məlumat verib.
"Vurulan Rusiya SU-25 təyyarəsinin pilotu yenicə Çerniqovda saxlanılıb. İkinci pilot həlak olub. Bu gün düşmənin pilotsuz uçan aparatı da vurulub", - Çaus deyib.
Xatırladaq ki, Çerniqov vilayətində Ukrayna hava hücumundan müdafiə qüvvələri işğalçıların daha bir hücum təyyarəsini vurub. Bu barədə “Şimal” əməliyyat komandanlığı məlumat yayıb.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, martın 4-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın üç Su-25 hücum təyyarəsini və üç helikopterini məhv edib. 

Zamiq Demokrat.az


