Gündəm

Ukrayna Rusiyanın 39 təyyarəsi və 40 helikopterini məhv edib

Ukrayna Rusiyanın 39 təyyarəsi və 40 helikopterini məhv edib

Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna Silahlı Qüvvələri düşmənin ən azı 39 təyyarəsini və 40 helikopterini məhv edib.

Demokrat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, ölkənin hava hücumundan müdafiəsi düşmən təyyarələrini məhv etməkdə və işğalçıların texnika və canlı qüvvəsinin kolonnalarına hava zərbələri endirməkdə davam edir.

Dünən rus işğalçılarının 3 ədəd Su-25 təyyarəsi - ikisi Çerniqov vilayətində, biri isə Donetsk vilayətinin Volnovaxa yaxınlığında vurulub.

Bundan başqa, ötən gün Rusiya işğalçı qüvvələrinə məxsus 3 helikopter də vurulub.

Belə ki, müharibənin doqquz günü ərzində Ukraynanın hava hücumundan müdafiəsi ən azı 39 Rusiya təyyarəsini və 40 helikopterini məhv edib.

"Ukraynanın tammiqyaslı işğalından əvvəl Rusiya ordusunun Ukrayna sərhədləri ətrafında cəmləşmiş aviasiya qrupu təxminən yeddi yüz ədəd aviasiya texnikasından ibarət idi: 450-yə yaxın təyyarə və 250-dən çox helikopter! Uçuşlarını - Ukrayna torpaqları qəbul edəcək". - Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin onuncu günü başlayıb.

İşğalçıların birlik və bölmələri ruhdan düşüb, işğalçı ordunun əsgər və zabitləri Ukrayna torpaqlarında silah və texnika qoyaraq təslim olmaqda, qaçmaqda davam edirlər.

Aktiv döyüş əməliyyatları təkcə ukraynalı müdafiəçilərin silahlı birləşmələri tərəfindən deyil, sadə silahsız insanlar tərəfindən də düşmənə ziyan vurur, işğalçıya öz vətəndaş mövqeyini nümayiş etdirir, ona psixoloji məğlubiyyət verir.

Kərim Demokrat.az

D
demokrat.az