Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin onuncu günü başlayıb.
Demokrat.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər icmalında deyilir: "Ukrayna Silahlı Qüvvələri və Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bölmələri Ukrayna şəhərlərini rus işğalçılarından azad etmək üçün qızğın döyüşlər aparır.
İşğalçıların birlik və bölmələri ruhdan düşüb, işğalçı ordunun əsgər və zabitləri Ukrayna torpaqlarında silah və texnika qoyaraq təslim olmaqda, qaçmaqda davam edirlər.
Aktiv döyüş əməliyyatları təkcə ukraynalı müdafiəçilərin silahlı birləşmələri tərəfindən deyil, sadə silahsız insanlar tərəfindən də düşmənə ziyan vurulur, işğalçıya öz vətəndaş mövqeyini nümayiş etdirir, ona psixoloji məğlubiyyət verir.
Daimi müqavimətlə üzləşən və öz əməllərinin qanunsuzluğunu dərk edən işğalçılar dinc əhalini atəşə tutmaqda, mühüm infrastruktur obyektlərinə və yaşayış binalarına, xəstəxanalara, uşaq bağçalarına raket və bombalı hücumlar etməkdə, qadın, uşaq və qocalardan “insan qalxanı” kimi istifadə etməkdə davam edirlər. Onlar öz informasiya məkanında azadedici “blitskriq” mənzərəsi yaratmaq cəhdlərindən əl çəkmir, özlərinə məxsus media vasitəsitələrində total yalanlar yaymaqda davam edir, əhalinin həqiqətə uyğun və obyektiv informasiyaya çıxışını əngəlləməklə şəxsi heyət və texnika itkilərini gizlətmək üçün tədbirlər görürlər.
Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə müəyyən xətləri saxlamaqda davam edir və bəzi istiqamətlərdə əks hücuma keçərək düşməni itkilərlə geri çəkilməyə məcbur edir, arxa rabitəni pozur və sarsıdıcı zərbələr endirirlər.
"Təəssüf ki, planlarımızı pozmamaq üçün hələ ki, bütün uğurlarımız barədə danışa bilmərik. Amma inanın ki, hər şey vaxtı ilə məlum olacaq", - mesajda deyilir.
Nəzrin Demokrat.az


