Dünya

Zelenskinin Ofisinin rəsmisi: “Rusiya Ukrayna qarşısında tələblərini azaldıb”

Zelenskinin Ofisinin rəsmisi: “Rusiya Ukrayna qarşısında tələblərini azaldıb”

“Rusiya Ukraynaya irəli sürdüyü tələbləri azaldıb”.

Demokrat.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib. “Artıq denazifikasiya haqqında danışmağı dayandırıblar. İndi onlar üçün əsas olan Ukraynada ayrı növ hücum silahlarının yerləşdirilməməsidir. Tələblərin azaldılması göstərir ki, Rusiya qarşısına qoyduğu siyasi məqsədlərə hərbi yolla nail ola bilməyəcəyini anlayıb”, – Arestoviç deyib.

O, təsdiq edib ki, dünənki Rusiya-Ukrayna görüşündə humanitar dəhlizlər və yardım karvanları haqqında razılaşma əldə olunub: “Mülki şəxslərin təhlükəsizliyi bir nömrəli prioritetdir. Humanitar yardım karvanları haqqında ətraflı məlumat onların gəlişi zamanı veriləcək”.

Rza Demokrat.az

D
demokrat.az